Haqqımızda

Broşura PDF Yüklə

Tövsiyyə Məktubu

Bizim Şirkət Peşəkar Yanaşma Yaradır

GRAVITY MMC energetika sahəsində müxtəlif növ dizayn, mühəndislik, maddi təchizat, quraşdırma və təmir xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz, rahat və eyni zamanda ekoloji balansa uyğun layihələrin həyata keçirilməsinə köməklik göstərir.

Həmçinin şəhər və kənd infrastrukturu və müxtəlif növ şəbəkə sistemləri , sənaye, istirahət, idman və digər növ obyektlərdə mühəndislik məsləhəti xidmətləri göstərərək Sifarişçinin son qərarı üçün kompleks xidmətləri təklif edən etibarlı partnyordur.

Təfərruatlı Dizaynın
Yoxlanılması və
Qəbulu

Bu mərhələdə komanda hazırlanan konseptin müştərinin ehtiyaclarına uyğun olmasını təmin edir və ya müştərinin əlavə tələbləri və rəylərinə uyğun şəkildə onu redaktə edir. Layihənin təbiətindən asılı olaraq Müştərinin layihəni qəbul etməsi ya layihənin yekunlaşdırılmasına ya da növbəti mərhələyə çıxarır. GRAVITY bütün müvafiq sənədləşdirməni yekunlaşdırır və müştərinin yekun təsdiqi üçün təqdim edir.

Bu mərhələdə komanda hazırlanan konseptin müştərinin ehtiyaclarına uyğun olmasını təmin edir və ya müştərinin əlavə tələbləri və uyğun şəkildə onu redaktə edir. Layihənin təbiətindən asılı olaraq Müştərinin layihəni qəbul etməsi ya layihənin yekunlaşdırılmasına ya da növbəti mərhələyə çıxarır. GRAVITY bütün müvafiq sənədləşdirməni yekunlaşdırır və müştərinin yekun təsdiqi üçün təqdim edir.

Eskiz dizayn, texniki iqtisadi əsaslandırma, planlaşdırma, icazə və razılaşdırmalar, əsas və təfərrüatlı dizayn müştərilərə kömək etmək üçün dizayn xidmətləri və alt sahələr GRAVITY daxilində birləşdirilib. Dizaynın təkmilləşdirilməsi layihə/texnologiya araşdırması və təkmilləşdirilməsinə hədəflənib. Dizayn və onun təkmilləşdirilməsi düzgün qiymətləndirmə, araşdırma və müştəri ehtiyaclarının qiymətləndirilməsindən başlayır.

Biz məlumatı alır, onu qiymətləndirir, mövcud mühiti və şəraiti nəzərdən keçirir və sonra planlaşdırma və konseptə keçirik. Bizim təklif etdiyimiz dizaynlar təhlillərlə başlayır və kompleks sənədləşdirmə və modelləşdirmə ilə bitir.Təklif edilən həllər müştəri üçün uyğundursa, biz layihəni icraya başlamağı təklif edirik.

Layihənin İdarə Olunması və Tikintiyə Nəzarət

Layihənin ilk addımlarından GRAVITY düzgün istiqamətdə getməyin nə dərəcədə vacib olmasını anlayır. Biz tapşırıqla əlaqədar obyektləri nəzərə almaqla və hər bir mümkün addımı təhlil etməklə planlaşdırmadan əvvəl hər bir addımı qiymətləndiririk. Tikinti prosesi layihənin icrasında ehtimal ki, ən əsas mərhələdir. Tikintiyə nəzarət etmək üçün texnologiya və mülki işlərdə dəyərli təcrübəyə malik daha təcrübəli mühəndisləri əldə etmək üçün birbaşa ehtiyac var.

Tikinti və nəzarət layihələrimizdə biz, dizayn eskizləri, texniki və keyfiyyət standartları, spesifikasiyalar, müvafiq qanunvericilik və tənzimləmələrə uyğun olaraq icra edilməsini təmin edirik. Bizim memarlar, müfəttişlər, sahə nəzarətçiləri SƏTƏM təlimatları, yerli qanunvericilik və Beynəlxalq Mühəndisləri Federasiyası (FİDİC) kimi beynəlxalq standartlara riayət edirik.

Bizi Nə Fərqli Edir?
Texniki və Nəzəri

Ən səmərəli həllər və müştəri məmnuniyyəti. Bizim məqsədimiz milli və beynəlxalq standartlara, o cümlədən müştərilərimizin tələblərinə və büdcəsinə uyğun funksional və davamlı xidmətləri təmin etməkdir. Uğurun açarı effektiv və etibarlı layihə icraatı üçün prosesslər şəbəkəsinin bütövlüyüdür. Bizim konsultasiya və layihənin idarəolunması təcrübəmiz müştərilərin tələbləri, ən yaxşı beynəlxalq təcrübə və eləcə də yerli standartları özündə birləşdirən keyfiyyətli xidmətlə təmin olunur.

“Bizim əsas üstünlüyümüz – müxtəlif həcmdəki layihələrdə çoxillik təcrübəyə malik olan ixtisaslaşmış peşəkar komandamızdır. Ən yaxşı icra olunmuş layihələrdə 20 illik uğurlu iş təcrübəsinə malik mülki, mexanik, elektrik mühəndisləri, memarlar, konstruktorlar və layihə menecerləridir”

Müştərilərimiz