Əsaslı Təmir

Əsaslı təmir, uzun müddət və zəhmət tələb edən bir prosesdir, lakin nəticədə siz yüksək keyfiyyətli tikinti materiallarından istifadə etməklə ən müasir standartlara uyğun əsaslı təmir edilmiş yaşayış sahəsi əldə edəcəksiniz.

Əsaslı təmir nəticəsində tikili və avadanlıqların bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir.

Bizim şirkətə müraciət etdikdə, bizim mütəxəssislər sizin ünvana gələrək, sizin yenidən layihələndirmə ilə bağlı fikirlərinizi, istəklərinizi dinləyib, müvafiq dövlət orqanlarında icazələrin alınması nəzərə alınmaqla, hansı arakəsmənin, divarın sökülməsinin, qapı və pəncərənin genişləndirilməsinin daha effektiv olmasını sizinlə müzakirə edəcək. 

Həmçinin, biz tikinti və tamamlama materiallarını alınması üçün tələb olunan smetanın tərtib olunması üçün lazım olan bütün ölçmə işlərini aparacayıq.

Bütün razılaşmalar və müzakirələr bitdikdən sonra, smeta tərtib olunur. Müqavilə imzalandıqdan sonra isə, məkanın əsaslı təmir işlərinə başlayırıq.

İstifadə etdiyimiz müasir texnologiyaların sayəsində, müştərilərimizi komfortlu, rahat və funksional məkanlarla təmin edirik.