İzolyasiya İşləri

İzolyasiya sözünün mənası ayırma deməkdir. Qorumaq istədiyimiz, qarışmasını istəmədiyimiz materiya və məkanın mümkün təsirlərdən qorunması, ayrı qalması deməkdir.

Belə ki, adətən izolyasiya olunmuş səth sonrakı iş mərhələlərində üstü qapadıldığına görə gələcəkdə baş verəcək hər hansı mümkün problem zamanı təmiri xeyli xərc və əmək sərf etməkdədir. Ona görə izolyasiya xidməti elə yerinə yetirilməlidir ki, bir daha o mövzuya qayıtmaq barədə düşünməyək. 

İzolasiya işlərinə başlamazdan əvvəl, yerin və tikilinin analizi, konturların təyini, həll və qiymətləndirmə, işə hazırlıq və iş planlaması, işin təşkili və idarə olunması həyata keçirilir.

Son olaraq test və təslimat olunur.

GRAVITY MMC su izolasiyası, istilik izolasiyası, səs və digər izolasiya xidmətlərini həyata keçirir.